xeyir-şər adamı*

a man, who helps everybody in misfortune and joy человек, помогающий всем в беде и радости
xeyir ola? (nə üçün?, nəyə görə?, nə münasibətilə?)
xeyir vermək
OBASTAN VİKİ
Xeyir və Şər
Xeyir və Şər — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmiş cizgi filmi. Xeyir və Şər — Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin "Xəmsə"si əsasında yaratdığı bir pərdəli balet. Xeyir və Şər — Oqtay Rəcəbovun şair Nizami Gəncəvinin "Yeddi Gözəl" poeması motivləri əsasında yaratdığı opera.
Xeyir və Şər (balet)
"Xeyir və Şər" və yaxud "Ehtiras meteoriti" — bəstəkar Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin "Xəmsə"si əsasında yaratdığı birpərdəli, üçeskizli balet, rəqs draması. Bu balet dahi Azərbaycan şairi Nizaminin 850 illyinə həsr olunmuş müsabiqədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı mükafata layiq görülmüşdür. Baletin librettisti Rəşid Əhmədovundur, xoreoqrafı Tamilla Şirəliyevadır. Əsərin iştirakçıları – mərhəmətli Xeyir, qəzəbli Şər, qızlar, quşlar, simvolik güllər, onları əhatə edən reallıqda baletin dramaturji konfliktinin əsas qütblərini təşkil edir.
Xeyir və Şər (dəqiqləşdirmə)
Xeyir və Şər — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmiş cizgi filmi. Xeyir və Şər — Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin "Xəmsə"si əsasında yaratdığı bir pərdəli balet. Xeyir və Şər — Oqtay Rəcəbovun şair Nizami Gəncəvinin "Yeddi Gözəl" poeması motivləri əsasında yaratdığı opera.
Xeyir və Şər (opera)
Xeyir və Şər — Bəstəkar Oqtay Rəcəbovun 1991-ci ildə Nizami Gəncəvinin "Yeddi gözəl" poeması motivləri əsasında yazdığı opera. Operanın televiziya versiyası İncəsənət Gimnaziyası şagirdlərinin iştirakı ilə çəkilib.
Xeyir və Şər (film, 1980)
Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılır. Film-nağıl xeyirlə şərin əbədi mübarizəsindən, son nəticədə Xeyirin qələbə çalmasından, yaxşılığın, xeyirxahlığın qüdrətindən bəhs edir. Applikasiya filmidir. Film Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmişdir. Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur. Əsərin müəllifi: Nizami Gəncəvi Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Mətni oxuyan: Həsənağa Turabov Rəssam: N.Ağayeva, Cəvahir Quliyeva, V.Bessarabova, Y.Melkumova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Sahibə İbadova, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Y.Uznadze Redaktor: D.Tahirova Filmin direktoru: T.Həmidov İncimə, ey hökmdar Eşit, sənə sözüm var Dünyanın nə varında, nə pulunda gözüm var. Min-min güllər içində bircə gülüm var mənim Sənin qızın bacımdır, öz sevgilim var mənim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Şər problemi
Pislik və ya şər problemi — din fəlsəfəsində mütləq yaxşı olan bir Tanrı varlığının necə uyğunlaşması məsələsidir. Epikür əvvəlcə problemi məntiqi bir düsturla təqdim etmişdir və o vaxtdan bəri demək olar ki, hər kəsin, fəlsəfə ilə əlaqəsi olmayan insanlardan tutmuş filosoflara qədər düşüncələrini məşğul etməkdədir. M. Ş. II. 18-ci əsrdə yaşamış bir kilsə atası Laktantyusun (e.ə 360) nəqlinə görə, Epikür pislik problemini bir dilemma şəklində ifadə etmişdir: Allah ya pisliyi aradan qaldırmaq istəyir, ya da yox; ya da ola bilər, amma istəmir; ya nə çıxarmaq istəmir, nə də çıxara bilmir; ya da hər ikisini də çıxarmaq istəyir və çıxara bilər. Əgər məhv etmək istəyirsə və edə bilmirsə, O, hər şeyə qadir deyil; bu, Allahın xarakterinə ziddir; ləğv edə bilər, amma ləğv etmək istəmirsə, zərərlidir; bu da Allaha uyğun deyil; nə aradan qaldırmaq istəsə, nə də edə bilməzsə, o da zərərli və hər şeyə qadir deyil; bu vəziyyətdə o Allah deyil; əgər hər ikisi aradan qaldırmaq istəyirsə və yalnız Allaha uyğun olanı edə bilərsə, pisliyin mənbəyi nədir? Yoxsa onları niyə aradan qaldırmır? Epikür problemin başqa bir təqdimatı əsrlər sonra Devid Yum tərəfindən Dinlə Dialoqlarında Filonun dili ilə edildi: Allah pisliyin qarşısını almaq istəyir və buna qadir deyil? Sonra zəifdir. Yoxsa pisliyi dayandıra bilmir? Buna görə də yaxşı niyyətdə deyil. Həm güclü, həm də yaxşı olsaydı, bu qədər pislik necə mövcud idi?
Xeyir Ola
Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Veriliş 1-ci sezonda 209 dəfə canlı yayımda olmuşdur. Aygün Kazımova verilişdə 627 qonaq qəbul etmişdir. Aygün Kazımova bu sezonda 218 mahnı ifa etmişdir. Onlardan 11-i yeni mahnı idi. Bu sezonda ən gərgin anlardan biri Sərxan Kərəmoğlunun Flora Kərimovaya qarşı etdiyi hörmətsizliyə dözməyərək onu efirdən qovmuşdur.
Xeyir bəy
Xeyir bəy və ya Xeyirbay (ö. 5 oktyabr 1522) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi Haydar Çelebi, Rûznâme (Feridun Bey, Münşeât içinde), I, 445, 454-455. Diyarbekrî, Nevâdirü’t-tevârîh, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 596, vr. 151b-353a. Rıdvanpaşazâde Abdullah, Târîh-i Mısr, Süleymaniye Ktp., Hamidiye, nr. 900, vr. 121a-b. Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 375. Süheylî, Târîh-i Mısri’l-cedîd, İstanbul 1142, vr.
Market adamı
Market adamı (コンビニ人間, Kombini ninqen) – Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır. Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür. Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur. Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur. Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır. Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur.
Qar adamı
Qar adamı və ya Yeti — Asiyadakı dağlıq bölgələrdə yaşadığı iddia edilən əfsanəvi varlıq. Görünüşü Şimali Amerika meşələrində rast gəlindiyi irəli sürülən Biqfutu xatırladır. Şahidlər bu əsrarəngiz məxluqun iri meymuna oxşadığını bildirirlər. Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.
Urfa adamı
Urfa adamı və ya Balıklıgöl heykəli — müasir Türkiyənin cənub-şərqində, Yuxarı Mesopotamiyanın coğrafi bölgəsində Urfa yaxınlığındakı Balıklıgöldə aparılan qazıntılarda tapılan qədim insan formalı heykəl. Heykəlin hündürlüyü təxminən 1,80 metrdir. Gözlər qara obsidianın seqmentləri olan dərin dəliklərdən ibarətdir. Əllər cinsiyyət orqanını örtərək qabağını bağlayır. Heykəlin təxminən eramızdan əvvəl 9.000-ci ilə aid olduğu düşünülür və dünyanın ən qədim heykəli olduğu iddia edilir. Eramızdan əvvəl 9000-ci il neolit dövrünə aiddir və "insanların ən qədim naturalistik canlı ölçülü heykəli" hesab olunur. Bildirilir ki, 1993-cü ildə Balıklıgölün Yeni Yol küçəsində, 1997-ci ildən etibarən dulusçuluqdan əvvəlki neolit ​​dövrünə aid yerin araşdırıldığı yerdə aşkar edilib.
İlin adamı
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İş adamı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Əjdaha adamı
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir. Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.
Elm adamı
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Qələbəlik adamı (hekayə)
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir. Naməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır.
İlin adamı (Time)
"İlin adamı" — "Time" jurnalının mükafatı; ənənəvi olaraq özünün hər il sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanını keçmiş təyyarəçi Çarlz Lindberq layiq görülmüşdür. İlin adamını jurnalın icraçı direktoru özü müəyyənləşdirir. Müxtəlif illərdə ilin adamı Mahatma Qandi, Vinston Çörçil, Albert Eynşteyn, internet istifadəçisi elan edilib. Jurnal saytında siyahı TIME's Person of the Year: All 84! Arxivləşdirilib 2010-12-19 at the Wayback Machine — slideshow by Life magazine "Time's Person of the Year 1927–2010". Time. 2011. 2013-08-26 tarixində orijinalından arxivləşdirilib.
İlin adamı (dəqiqləşdirmə)
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İlin adamı mükafatı
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
İsveçrə bıçağı adamı
İsveçrə bıçağı adamı (ing. Swiss Army Man) — 2016-cı ildə ekranlara çıxan sürrealist ABŞ filmi. Henk Tompson kimsəsiz adada intihar etmək üzrə idi ki, birdən sahildə cansız kişi bədəni gözünə dəyir. O, öyrənir ki, adı Menni olan bu meyit hər işə yarayır və onun həyatını xilas edəcək. Pol Dano — Henk Tompson Deniel Redkliff — Menni Meri Elizabet Uinsted — Sera swissarmyman.com — İsveçrə bıçağı adamının rəsmi saytı İsveçrə bıçağı adamı — Internet Movie Database saytında.
Şər qarışanda (film, 2016)
Şər qarışanda — rejissor Samir Kərimoğlu tərəfindən 2016-cı ildə çəkilən Azərbaycan tammetrajlı bədii qorxu janrlı filmi. Filmdə əhvalat rayonlardan birində baş verir. Əsas personajlardan biri Aidə (Oksana Rəsulova) müəllimdir və 11-ci sinfin şagirdlərinin sinif rəhbəridir. Günlərin birində məktəbə yeni tarix müəllimi Seyran (Ramiz Novruz) gəlir. Aidə onunla ilk görüşdə həyəcanlanır. O, Aidənin rəhbərlik etdiyi sinfin uşaqlarını ələ alır, onlarla gəzintiyə aparır, yaxından ünsiyyət qurmağa çalışır. Hadisələrin gedişatında aydınlaşır ki, Seyranın həqiqi adı Fərruxdur. Aidənin əsl adi isə Günel... Fərrux, 1990-cı illərin əvvəllərində Günelə orta məktəbdə dərs deyib və onun gözü qarşısında sinif yoldaşlarını qətlə yetirib. Güneli isə azad edib.
Şər yuvası: Qiyamət (film)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər.
Şər yuvası (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər.